REGİONLAR
Cəlilabadda "Könüllülər kuboku"nun basketbol yarışının qalibləri müəyyənləşib






Cəlilabad, 25 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 25-də Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Gənclər və İdman Nazirliyi, "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin birgə layihəsi olan "Könüllülər kuboku"nun əsasnaməsinə əsasən, Cəlilabad Olimpiya İdman Kompleksində basketbol yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın yekun nəticələrinə əsasən “South” komandası birinci, “Wizards” komandası ikinci, “Big Boys” komandası üçüncü yerləri tutublar.
Qaliblər "Könüllülər kuboku"nun diplomları ilə təltif olunublar.
Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov qalib komandaların üzvlərini təbrik edərək, onlara uğurlarının davamlı olmasını arzulayıb.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 27.09.2023 [18:13]
Xocavəndlilər şəhidlərin xatirəsini yad ediblər
- 27.09.2023 [18:08]
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
- 27.09.2023 [18:00]
Ağalıda şəhidlərin xatirəsi yad olunub
- 27.09.2023 [17:42]
Göyçayda Vətən müharibəsi şəhidləri anılıb
- 27.09.2023 [17:20]
Sumqayıtda Şəhidlər xiyabanı ziyarət olunub
- 27.09.2023 [17:17]
Tərtərlilər şəhidlərimizin xatirəsini ehtiramla anıblar
- 27.09.2023 [16:46]
Lənkəranda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
- 27.09.2023 [16:41]