REGİONLAR


Cəlilabadda avtomobildən üç kiloqramdan çox narkotik maddə aşkar edilib

Cəlilabad, 19 iyun, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdlər kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov idarə etdiyi “Vaz 2106” markalı avtomobillə saxlanılıb.

Avtomobilə baxış zamanı qabaq oturacağın alt hissəsindən iki bükümdə ümumi çəkisi 3 kiloqram 150 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.