CƏMİYYƏT


Cəlilabadda baş verən yanğın söndürülüb

Bakı, 8 avqust, AZƏRTAC

Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığında açıq sahədə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC -a bildiriblər ki, hadisə nəticəsində 7 hektar sahədə kol-kos yanıb. Yaxınlıqdakı sahələr yanğından mühafizə olunub. Alovun qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.