REGİONLAR


Cəlilabadda çiyələk istehsalçıları ilə görüş keçirilib

Bakı, 28 yanvar, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Cəlilabad rayonunda çiyələk istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin Lənkəran regional koordinatorluğunun təşkilatçılığı ilə keçirilmiş görüşdə İqtisadiyyat Nazirliyinin Lənkəran regional bölməsinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Almaniya və Türkiyənin müvafiq sahədə fəaliyyət göstərən şirkətlərinin nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.

Görüşdə xarici mütəxəssislər çiyələyin yetişdirilməsi, yığılması və satışı zamanı baş verə biləcək itkilərin qarşısının alınması üçün effektiv vasitə olan “freeze dry” texnologiyası barədə yerli sahibkarları məlumatlandırıb, gələcəkdə qeyd edilən texnologiya ilə çiyələyin qurudulması müəssisəsinin yaradılması üzrə investisiya imkanlarına dair müzakirələr aparıblar.

Tədbir çərçivəsində, həmçinin sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.