CƏMİYYƏT


Cəlilabadda dağlıq və meşəlik ərazidə baş verən yanğın məhdudlaşdırılıb

Bakı, 6 avqust, AZƏRTAC 

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, yanğın saat 16:05 dəqiqədə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.