İQTİSADİYYAT


Cəlilabadda daşınmaz əmlakın icbari sığortası üzrə maarifləndirmə işləri görülmüşdür

Bakı, 20 may (AZƏRTAC). Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) əməkdaşları Cəlilabad rayonunda əhalinin daşınmaz əmlakın icbari sığortası üzrə maarifləndirilməsi məqsədilə görüşlər keçirmişlər.

DSNX-dan AZƏRTAC-a bildirilmişdir ki, görüşdə yerli icra hakimiyyəti orqanlarının, digər dövlət qurumlarının, büdcə təşkilatlarının və əhalinin 300-ə yaxın nümayəndəsi iştirak etmişdir.

Əhaliyə sığorta işinə dair əyani vəsaitlər paylanmışdır.

Növbəti belə görüşlərin Biləsuvar, Şirvan-Salyan, Kürdəmir, Hacıqabul rayonlarında keçirilməsi nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.