REGİONLAR


Cəlilabadda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 3,2 dəfə artıb

Cəlilabad, 17 may, AZƏRTAC

Cəlilabad rayonunda 2022-ci ilin yanvar-mart aylarında tikinti sahəsində fəaliyyət göstərən podratçı təşkilatların yerinə yetirdikləri işlərin həcmi (fiziki şəxslərin göstəriciləri nəzərə alınmaqla) 1459,3 min manat təşkil edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 69,5 faiz çoxdur. Görülmüş işlər təmir-tikinti təşkilatları və fərdi sahibkarlar tərəfindən həyata keçirilib.

Bu barədə AZƏRTAC-a Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, əsas kapitala yönəldilmiş investisiyaların həcmi 4758,2 min manat və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə çox, tikinti-quraşdırma işlərinin həcmi isə 3713,0 min manat və ya 3,2 dəfə çox olub.

Birinci rübdə təmir-tikinti təşkilatlarında çalışan işçilərin sayı 2021-ci illə müqayisədə 26 nəfər artıb və 164 nəfər təşkil edib.

Tikinti təşkilatlarında hər bir işçinin orta aylıq əməkhaqqı ilin əvvəlində 452,7 manat olub ki, bu da 2021-ci ilin eyni dövrünə nisbətən 4,4 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.