CƏMİYYƏT


Cəlilabadda gənc müəllimin kitabının təqdimatı olub

Bakı, 9 sentyabr, AZƏRTAC 

Cəlilabad rayonunda gənc müəllim Toğrul Əsgərovun yeni çapdan çıxan “Easy English” (Sadələşdirilmiş ingilis dili) kitabının təqdimatı olub.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə müəllif T.Əsgərov ingilis dilinin qrammatikasının sadələşdirilmiş qaydada təqdim olunduğu vəsaitin şagirdlər və bu dili öyrənmək istəyənlər üçün nəzərdə tutulduğunu bildirib. Vurğulayıb ki, vəsaitin sonunda verilmiş əlavələr, dialoqlar, mətnlər, sözlər, frazeoloji birləşmələr abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək edəcək.

Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov çıxışında ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncləri üçün yaratdığı imkanlardan danışıb. Bu diqqət və qayğıdan bəhrələnən gənclərimizin qazandıqları uğurlarla ölkəmizin inkişafına mühüm töhfələr verdikləri qeyd olunub. O, T.Əsgərovun gənc yaşda belə bir nəşr ərsəyə gətirməsinin digər müəllimlər üçün əlavə stimul olacağını vurğulayıb.

Qeyd edək ki, 1993-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olan T.Əsgərov Xəlilabad kənd orta məktəbində işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.