REGİONLAR


Cəlilabadda gənclər və idmançılarla görüş keçirilib

Cəlilabad, 17 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Cəlilabadlı gənclər və idmançılar müstəqilliyimizin qorunması, ölkəmizin və rayonun iqtisadi, sosial və mədəni inkişafı, idman nailiyyətlərinin artırılması üçün var qüvvələri ilə çalışır, ictimai-siyasi həyatda fəal iştirak edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Cəlilabad Rayon İcra Hakimiyyətində rayon gəncləri və idmançıları ilə keçirilən görüşdə səsləndirilib.

Görüşdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ölkəmizin inkişafında gənclərin rolunu yüksək dəyərləndirərək bildirib ki, müstəqil respublikamızın dünyada tanınmasına töhfələr verən gənclərimiz və idmançılarımız Vətənimizin azadlığı və müstəqilliyi, torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsi uğrunda aparılan mübarizədə də həmişə ön sırada olub, qəhrəmanlıq nümunəsi göstəriblər.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin gənclərin yüksək təhsil alması, müxtəlif məsul vəzifələrə irəli çəkilməsinə həmişə diqqət yetirdiyini, onların problemlərinin həllinə həssaslıqla yanaşdığını vurğulayan R.Cəlilov Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin bu ənənəyə sadiq qalaraq vaxtaşırı gənclərlə, idmançılarla görüşdüyünü, gəncliyin problemləri ilə daha yaxından tanış olaraq, onların həlli istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdırıb.

Rafiq Cəlilov Vətən müharibəsində qazanılmış Zəfərdə gəncliyin rolunu qeyd edərək bildirib ki, Azərbaycan gəncliyi cəmiyyətimizin aparıcı qüvvəsini təşkil edir. Bu gün Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir. Bunun üçün də gənc nəslin daha yaxşı təhsil alması və zəngin biliklərə yiyələnməsi tələb olunur.

Ölkəmizin dünyanın aparıcı idman dövlətləri sırasında olduğunu qeyd edən icra başçısı bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də nailiyyətlər əldə edildiyini, qazanılan müvəffəqiyyətlərin məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısının, dövlət dəstəyinin göstəricisi olduğunu vurğulayıb.

O, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışaraq, idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib və uğurlarının davamlı olacağına əminliyini ifadə edib.

Görüşdə çıxış edən Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov gənclərə daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.