REGİONLAR


Cəlilabadda göldə çimən gənc boğulub

Cəlilabad, 22 iyul, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunun Gülməmmədli kəndində boğulma hadisəsi qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini, 1998-ci il təvəllüdlü Əliyev Loğman Əbdülhüseyn oğlu süni göldə çimərkən boğulub.

L.Əliyevin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.