REGİONLAR


Cəlilabadda iaşə dövriyyəsinin həcmi 71,8 faiz artıb

Bakı, 19 may, AZƏRTAC

Cəlilabadda 2022-ci ilin yanvar-mart aylarında əhaliyə 22432,4 min manatlıq, 2021-ci ilin eyni dövrünə nisbətən 3087,2 min manat və ya müqayisəli qiymətlərlə 5,3 faiz çox ödənişli xidmətlər göstərilib.

Bu barədə AZƏRTAC-a Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, birinci rübdə əhaliyə göstərilən məişət xidmətlərinin həcmi 2842,2 min manat olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 354,2 min manat və ya müqayisəli qiymətlərlə 4,6 faiz çoxdur. Hüquqi şəxslər üzrə ödənişli xidmətlər 10,1 faiz, o cümlədən məişət xidmətləri 8,5 faiz, fiziki şəxslər üzrə ödənişli xidmətlər isə 4,3 faiz, o cümlədən məişət xidmətləri 4,3 faiz artıb.

2022-ci ilin yanvar-mart aylarında iaşə dövriyyəsinin həcmi isə 1883,6 min manat təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrünə nisbətən 922,8 min manat və ya 71,8 faiz çoxdur. Eyni zamanda, hüquqi şəxslər üzrə iaşə dövriyyəsi 28,6 faiz, fiziki şəxslər üzrə isə 183,6 faiz artıb. Ümumi iaşə dövriyyəsinin 301,5 min manatı hüquqi şəxslərin, 1582,1 min manatı isə fiziki şəxslərin payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.