REGİONLAR


Cəlilabadda iki qohumda 6 kiloqram narkotik vasitə aşkarlanıb

Lənkəran, 30 may, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 6 kiloqramdan artıq güclü təsiredici narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Elşad Hüseynli və qohumu Samir İsgəndərov “Range Rover” markalı avtomobildə rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Avtomobilə baxış keçirilərkən sellofan torbalarda ümumi çəkisi 4 kiloqram 190 qram olan heroin və 2 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin həmin narkotik vasitəni şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşından qaçaqmalçılıq yolu ilə əvvəlcədən gizlədilmiş yerdən götürdükləri müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.