REGİONLAR


Cəlilabadda ilk dəfə səs verəcək gənclərlə görüş

Cəlilabad, 2 dekabr, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitenin (ADPU) Cəlilabad filialında gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verəcək gənc seçicilər arasında maarifləndirmə işinin təşkili məqsədilə gənclərlə görüş keçirilib.

Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, ADPU-nun Cəlilabad filialının tələbə və müəllimləri, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri, Ağsaqqallar Şurasının sədri, DSK-nın nümayəndəsi və ilk dəfə səs verən gənclər iştirak ediblər.

Maarifləndirmə tədbirində çıxış edənlər seçkilərin əsas prinsipləri, seçkilər haqqında qanunvericilik, Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, seçki prinsipləri və vətəndaşların hüquqları, səsvermə qaydaları, seçki komissiyaları, seçici siyahıları və səsvermə sənədləri, seçki məntəqəsində səslərin hesablanması haqqında gəncləri məlumatlandıraraq, onları qarşıdan gələn bələdiyyə seçkilərində fəal olmağı və öz hüquqlarından istifadə edərək layiqli namizədlərə səs verməyi tövsiyə ediblər.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, onlara bələdiyyə seçkiləri ilə bağlı hazırlanmış bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.