REGİONLAR


Cəlilabadda inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşib

Cəlilabad, 8 may, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Tarixin yaşayan əfsanəsi” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, inşa-yazı müsabiqəsində Alar kənd R.Quliyev adına 3 nömrəli məktəbin şagirdi İsa Qarazadə birinci, Günəşli kənd 1 nömrəli tam orta məktəbin şagirdi Səkinəxanım Niftullayeva ikinci, Mirzəli kənd ümumi orta məktəbin şagirdi Fidan Mirzəyeva üçüncü yerə layiq görülüblər.

Qaliblərə fəxri fərmanlar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.