REGİONLAR
Cəlilabadda intellektual oyun üzrə rayon birinciliyinin qalibləri məlum olub
Cəlilabad, 23 iyun, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş gənclər arasında keçirilən “Bayraqdar” intellektual oyunu üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “WhatsApp” vasitəsilə keçirilən və iki gün davam edən onlayn oyunun təşkil edilməsində məqsəd xüsusi karantin dövründə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsidir.
Fərdi qaydada keçirilən onlayn oyunda Əli Mirzəyev birinci, Nəriman Qəhrəmanlı ikinci, Turan Rəhmanlı üçüncü yerlərə layiq görülüblər.
Qaliblər Cəlilabad Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]
Xankəndidə silah-sursat aşkarlanıb
- 19.04.2024 [09:12]
Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb
- 19.04.2024 [08:56]