REGİONLAR


Cəlilabadda karantin qaydalarına ziddi olaraq fəaliyyət göstərən kafe aşkarlanıb

Cəlilabad, 12 avqust, Bağır Əliyev, AZƏRTAC

Yeni koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Habil” kafesinin karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Obyektə baxış zamanı həmin kafeni icarə əsasında işlədən Yusif Hüseynov və iki nəfər müştərinin karantin qaydalarını pozduqları aşkarlanıb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Xüsusi karantin rejiminin qaydalarını pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.