REGİONLAR


Cəlilabadda keçirilən kitab bayramında gənc oxucular xüsusi fəallıq göstəriblər

Cəlilabad, 17 may, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş kitab bayramında gənc oxucular xüsusi fəallıq nümayiş etdiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatatların rəhbərlərinin, təhsil və mədəniyyət işçilərinin, ictimaiyyətin təmsilçilərinin iştirak etdikləri tədbirdə respublikanın aparıcı nəşriyyatlarında çapdan çıxmış müxtəlif kitablar sərgilənib.

Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunan nəşrlər, tariximizi əks etdirən monoqrafiyalar, gənc və uşaq ədəbiyyatının nəfis nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Kitab bayramında sərgilənən nəşrlər geniş oxucu auditoriyası üçün nəzərdə tutulub və demək olar ki, müxtəlif yaş, düşüncə tərzi və maraq dairəsi olan insanları cəlb edir.

Azərbaycanın yüksələn iqtisadiyyatı barədə nəşrlər, şair və yazıçıların dəyərli əsərləri oxuculara təqdim olunub.

Tədbirdə çıxış edənlər bilik mənbəyi olan kitabın əhəmiyyətindən, ölkəmizdə kitabxana-informasiya sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıb, latın qrafikalı kitabların nəşri istiqamətində həyata keçirilən tədbirlərin əhali tərəfindən razılıqla qarşılandığı diqqətə çatdırıblar.

Kitab bayramı rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.