REGİONLAR


Cəlilabadda keçmiş məhkumdan 5 kiloqram narkotik maddə aşkarlanıb

Cəlilabad, 16 yanvar, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Onlardan birinin oğurluq əməlinin də üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Cəfər Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı C.Qurbanovdan 20 qrama yaxın heroin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Cəfər Qurbanovun yaşadığı evə keçirilən baxış zamanı həyətdəki yardımçı tikilidən ayrı-ayrı bağlamalarda ümumi çəkisi 5 kiloqrama yaxın heroin aşkarlanıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər rayon sakini – Əlövsət Məmmədov, Cavid Quliyev, Araz Mahmudov və Zülfüqar Eyvazov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalarla Zülfüqar Eyvazovun, həmçinin Cəlilabad şəhəri ərazisindəki evlərdən birindən 400 manat dəyərində tikinti materialları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.