REGİONLAR
Cəlilabadda koronavirus infeksiyasına qarşı tibbi-profilaktik tədbirlər gücləndirilib
Cəlilabad, 24 iyun, Bağır Əliyev, AZƏRTAC
Koronavirus infeksiyası ilə mübarizə məqsədilə sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Cəlilabad rayonu ərazisində pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə həyata keçirilən tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara və tövsiyələrə uyğun olaraq rayonda tibbi-profilaktik tədbirlər gücləndirilib.
Xüsusi monitorinq qrupları mütəmadi olaraq rayonda bu sahədə mövcud olan pozuntuların müəyyən edilməsi məqsədilə monitorinqlər aparır və onların aradan qaldırılması ilə bağlı təcili tədbirlər həyata keçirilir.
Vaxtaşırı olaraq Cəlilabad və Göytəpə şəhərlərinin mərkəzi küçələri dezinfeksiya olunur.
Dezinfeksiya işlərinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı texnikası, eləcə də kommunal xidmətlərin balansında olan texnikalar cəlb edilib.