REGİONLAR


Cəlilabadda məktəblilər arasında basketbol üzrə zona yarışları başa çatıb

Cəlilabad, 7 yanvar, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Olimpiya İdman Kompleksində məktəblilər arasında respublika birinciliyinin zona yarışları başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman, Təhsil nazirliklərinin, Milli Olimpiya Komitəsinin, Azərbaycan Məktəb İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən zona yarışlarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayonlarının ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri qələbə uğrunda mübarizə aparıblar.

Yarışların yekun nəticələrinə əsasən Cəlilabad məktəbliləri birinci, Astara idmançıları ikinci, Salyanın yeniyetmə basketbolçuları üçüncü yerlərə sahib olublar.

Qaliblər aprel ayında keçiriləcək respublika birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.