REGİONLAR
Cəlilabadda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb
Cəlilabad, 31 iyul, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini İ.Quliyev və H.Nəsirov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən baxış zamanı onların hər ikisinin üzərindən "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırmalarla onların həmin psixotrop maddəni Cəlilabad rayon sakini Ə.Cəfərovdan əldə etdiyi müəyyən olunduğundan sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən heroin və metamfetamin aşkarlanıb.
Davam etdirilən əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Cəlilabad rayon sakinləri N.Abdullayev və İlham Kərimov da saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə satış üçün hazırlanmış heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]