REGİONLAR


Cəlilabadda qanunsuz at əti kəsimi və satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Cəlilabad, 26 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yararsız at ətlərinin kəsimi və satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mənşəyi məlum olmayan ət məhsullarının hazırlanmasında şübhəli bilinərək saxlanılmış Cəlilabad rayonunun Sərhədabad kənd sakini Cəlal Mirzəyevin idarə etdiyi “VAZ 21011” markalı avtomobilə baxış keçirilən zamanı oradan 34 kiloqram sümüksüz at əti aşkar edilərək götürülüb.

Həmin ət məhsulunun Cəlilabad rayonunun Sərhədabad kənd sakini Toğrul Qasımov tərəfindən hazırlandığı müəyyən edilib.

Araşdırmalarla Toğrul Qasımovun müxtəlif şəxslərdən ucuz qiymətə aldığı atları yaşadığı Sərhədabad kəndində kəsdiyi və sümükdən ayrılan ətlərin mal əti adı ilə satıldığı məlum olub.

Həmin ətlərin satışının təşkilində onunla əlbir olan Cəlilabad şəhər sakini Əli Həsənov da müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.