REGİONLAR


Cəlilabadda qayda pozan sürücülər cərimələnib

Cəlilabad, 10 iyun, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktiki tədbir davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yol polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparıb. Qaydaları pozan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib olunub.

Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.