REGİONLAR


Cəlilabadda sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən 6 obyekt aşkarlanıb

Cəlilabad, 11 iyul, Bağır Əliyev, AZƏRTAC

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Cəlilabad rayonunda mövcud qaydaları pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi və digər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı rayon ərazisində fəaliyyət göstərən “Ulduz”, “Xəzri”, “Beer House”, “Alar” və digər bir kafedə, “Əli Tekstil” adlı tikiş sexində sərtləşdirilmiş karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.

Karantin qaydalarının pozulduğu həmin obyektlərin fəaliyyəti ilə bağlı 9 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.