REGİONLAR


Cəlilabadda taxıl əkininə başlanılıb

Cəlilabad, 23 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Cəlilabadın taxıl sahələrində əkin kampaniyasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, lizinq yolu ilə gətirilən kənd təsərrüfatı texnikalarının fermerlərə güzəştli şərtlərlə verilməsi əkinçilərin işini rahatlaşdırmaqla yanaşı, həm də sürətləndirib.

Lizinq yolu ilə alınan müasir texnikadan istifadə edən fermer Sahib Əsədov bu il əkin sahəsini genişləndirərək 40 hektara çatdıracaq. Payız şumunu vaxtında yekunlaşdıran fermer artıq 10 hektar sahədə səpin aparıb.

Sahələrdə əsasən yerli iqlimə uyğunlaşdırılmış toxumlar əkilir. Daha məhsuldar olduğundan fermerlər “Bərəkət” buğda növünün əkininə üstünlük verirlər. Toxumlar seleksiya üsulu ilə yetişdirilir və fermerlərə satılır.

Qeyd edək ki, taxıl əkini üçün məhsul istehsalçılarına hər hektara görə 90 manat subsidiya verilir. Onlar əkin zamanı istifadə olunan gübrələri 70 faiz güzəştlə əldə edirlər.

Bu il Cəlilabadda 65 min hektar sahədə taxıl səpini proqnozlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.