REGİONLAR


Cəlilabadda toy mərasimi keçirənlər cərimələniblər

Cəlilabad, 12 aprel, Bağır Əliyev, AZƏRTAC

COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Qarağac kənd sakini C.Həsənovun karantin rejiminin qaydalarını pozaraq oğluna toy məclisi təşkil etdiyi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçılarına və iştirakçılarına bir daha karantin rejiminin qaydaları izah olunub. 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.