CƏMİYYƏT


Cəlilabadda zəhərlənən market işçiləri evə buraxılıblar

Bakı, 1 mart, AZƏRTAC

Cəlilabad rayonundakı marketlərdən birində kütləvi zəhərlənmə halı qeydə alınıb.

Səhiyyə nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 28-də saat 17 radələrində Cəlilabad rayon mərkəzi xəstəxanasına 15 nəfər müraciət edib və onlardan 3-nün vəziyyəti orta ağır qiymətləndirilib.

Zəhərlənənlərdən 12 nəfərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Qalan 3 nəfərdən ikisi həmin gün gecə, bir nəfər isə martın 1-də səhər evə buraxılıb.

İlkin məlumata görə, zəhərlənmənin səbəbi marketdə aparılan təmizlik işləri zamanı istifadə edilən kimyəvi maddə olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.