CƏMİYYƏT


Cəlilabadda zəlzələ olub

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycanın Cəlilabad rayonunda zəlzələ baş verib. Zəlzələnin maqnitudası 3,3 olub.

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AZƏRTAC-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 18:35-də Cəlilabad stansiyasından 20 kilometr qərbdə Cəlilabad rayonunda qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.

Zəlzələ hiss olunmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.