REGİONLAR


Cəlilabadda zərərverici həşəratlar meyvə ağaclarına ziyan vurur

Cəlilabad, 11 mart, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunda həyətyanı sahələrdə yayılmış zərərvericilər meyvə ağaclarını yararsız hala salaraq qurudur. Maraqlısı budur ki, zərərvericilərə daha çox calaq olunmuş ağaclarda rast gəlinir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kütləvi quruma daha çox alça, gilas, şaftalı və ərik ağaclarında qeydə alınır.

Cəlilabad rayonunun əksər kəndlərində bu səbəbdən yararsız hala düşən onlarla calaq ağaca rast gəlmək olar. Zərərvericilər daha çox badam kökü üzərində calaq olunmuş ağac kötüklərində inkişaf edərək çoxalır.

Bağ sahiblərinin sözlərinə görə, soxulcan şəklində olan zərərvericilər bir müddət sonra böcək halına çevrilib uçur. Onlara qarşı dəfələrlə qabaqlayıcı tədbir aparılsa da, faydası olmayıb.

Rayon Bitki Mühafizə İdarəsinin rəisi Əziz Hüseynov bildirib ki, may böcəyi adlanan zərərverici ağaclara düzgün aqrotexniki qulluq aparılmadıqda yayılır. Bu kimi hallarla qarşılaşan bağ sahibləri Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət edərək qabaqlayıcı tədbirlər üçün mütəxəssislərdən məsləhətlər ala bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.