REGİONLAR


Cəlilabadın Badamağacı kəndində yeni maddi mədəniyyət nümunələri aşkarlanıb

Cəlilabad, 31 may, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunun Badamağacı kəndində modul tipli məktəbin tikintisi zamanı yeni maddi mədəniyyət nümunələri aşkar edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ərazidə qazıntı işləri aparılarkən 1,5 metr dərinlikdən 3 saxsı qab aşkarlanıb.

Aşkar edilmiş maddi mədəniyyət nümunələri Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.