REGİONLAR


Cəlilabadın Fərzili, Çinar və Kürdlər kənd məktəblərinin şagirdləri “Bilik günü”nü yeni məktəblərdə qeyd ediblər

Cəlilabad, 15 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 15-də Cəlilabad rayonunun Fərzili kənd ümumi orta məktəbi üçün inşa edilmiş 56, Çinar kənd ümumi orta məktəbi üçün tikilmiş 80 və Kürdlər kənd tam orta məktəbi üçün inşa edilmiş 96 şagird yerlik yeni modul tipli məktəb binaları müəllim və şagirdlərin ixtiyarına verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil Nazirliyinin sifarişi ilə tikilən yeni məktəb binalarında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi şərait yaradılıb.

Yeni təhsil ocaqlarının açılış mərasimlərində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayonun təhsil işçilərini, şagirdləri və onların müəllimlərini “Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.

Son 14 ildə Cəlilabadda 30-dan çox məktəbin tikilərək istifadəyə verildiyini vurğulayan N.Zeynalov təhsil infrastrukturunun yenidən qurulması çərçivəsində Abazallı, Kürdlər, Mirzəli, Çinar və Fərzili kəndlərində modul tipli məktəblərin inşasının başa çatdığını, Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəbin, Türkelli, Qarağac, Lallar, Ağusəm, Hacıcavad, Ətcələr, Ləzran, Hacıməmmədli, Suluçeşmə və Oğrubulaq kəndlərində isə modul tipli daha 10 məktəbin tikintisinin nəzərdə tutulduğunu bildirib.

Açılış mərasimlərində çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.