REGİONLAR


Cəlilabadın Göytəpə şəhərində şəhid Əlikram Xanışovun adına bulaq tikilib

Cəlilabad, 30 noyabr, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunun Göytəpə şəhərində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Əlikram Xanışovun şəhadətinin ildönümü münasibətilə doğulduğu Göytəpə şəhərində onun xatirəsinə inşa edilmiş bulaq abidə kompleksinin açılış mərasimi keçirilib.

Mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin doğmaları, qazilər, müharibə iştirakçıları, şəhər sakinləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Əlikram Xanışovun qəhrəmanlıqlarından danışıblar.

Qeyd edək ki, şəhid Əlikram Qabil oğlu Xanışov 2000-ci il fevralın 8-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2018-ci ildə hərbi xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə yerinə yetirdikdən sonra müddətdən artıq xidmət etmək üçün yenidən hərbiyə yollanır. Əlikram Xanışov hərbi qulluqçu kimi 5 ay xidmət etdiyi dövrdə Vətən müharibəsi başlayır.

Cəsur döyüşçü Talış yüksəkliyi və Suqovuşan istiqamətində gedən döyüşlərdə şücaət göstərib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Əlikram Xanışov ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.