REGİONLAR
Cəlilabadın Göytəpə şəhərində xüsusi karantin rejiminə nəzarət gücləndirilib
Cəlilabad, 4 aprel, Bağır Əliyev, AZƏRTAC
Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri Cəlilabad rayonunun Göytəpə şəhərində də operativ şəkildə icra olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və onun müavinləri Göytəpə şəhərində fərdi izahetmə-xəbərdarlıq işləri apararaq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər.
Bununla bərabər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə fəaliyyətlərinə məhdudiyyət müəyyən edilmiş bir sıra sahibkarlıq subyektlərinin tələblərə əməl etməsi vəziyyətini öyrənmək məqsədilə müşahidələr aparılıb.