REGİONLAR


Cəlilabadın Gülməmmədli kəndinə ilk dəfə təbii qaz verilib

Cəlilabad, 19 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, sentyabrın 19-da Cəlilabad rayonunun Gülməmmədli kəndinə ilk dəfə təbii qaz verilib.

AZƏRTAC xəbər verir ki, 373 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12849 metr uzunluğunda müxtəlif diametrli polietilen və 30526 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 373 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bu münasibətlə keçirilən açılış mərasimində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Hüseyn Şirinov və başqaları kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.

Qeyd olunub ki, Dövlət proqramı çərçivəsində təkcə son bir ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 47 kəndi təbii qazla təmin olunub.

Kənd sakinləri əhalinin məişət şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.