REGİONLAR


Cəlilabadın Kazımabad kənd tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

Cəlilabad, 22 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Yeni dərs ilinin başlanması ilə əlaqədar Cəlilabad rayonunun Kazımabad kəndində əsaslı təmir olunmuş 420 yerlik tam orta məktəbin binası müəllim və şagirdlərin ixtiyarına verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Təhsil Nazirliyi Aparatı rəhbərinin müavini Nərmin Hüseynova və başqaları iştirak ediblər.

Müasir üslubda əsaslı təmir edilən məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Məktəbin kitabxanası, fənn kabinələri, akt zalı, idman zalı müasir avadanlıqlarla təchiz edilib.

Tədbir iştirakçıları tədris ocağında yaradılmış şəraitlə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.