REGİONLAR


Cəlilabadın veteran futbolçuları ölkə çempionu olublar

Cəlilabad, 21 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Olimpiya İdman Kompleksində 35 yaşdan yuxarı veteran futbolçular arasında keçirilən ölkə çempionatı başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş gün davam edən yarışda Cəlilabad rayonunun veteranlardan ibarət yığma komandası bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Cəlilabad Rayon Gənclər və İdman İdarəsində ölkə çempionu adını qazanmış veteran futbolçularla görüş keçirilib.

Görüşdə çıxış edən İdarənin rəisi Elçin Hüseynov Respublika çempionatında uğurla çıxış edən veteran futbolçuları təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından danışan E.Hüseynov idmançılarımızın qazandıqları uğurları bu qayğının məntiqi nəticəsi kimi dəyərləndirib.

Futbolçular onlar üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.