REGİONLAR


Cəlilabadlı fermer: Kənd camaatı Prezidentimizdən, dövlətimizdən çox razıdır VİDEO

Cəlilabad, 3 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC

“İkinci çörək” hesab olunan kartof əkinindən yazlıq mövsümdə cəlilabadlı fermerlər, ümumilikdə, 10 milyon manatdan çox gəlir əldə ediblər. İndi əkib-becərmək marağı payız əkinlərində də onları tarlaya yaz həvəsi ilə bağlayıb.

AZƏRTAC xəbər verir ki, son illər respublikamızda kartof əkininə böyük maraq var, 60-dan çox rayonda təxminən 150 min fermer bu bitkini becərir. Əkin həm suvarma, həm də dəmyə vasitəsilə həyata keçirilir. Əksər rayonlarımızda il ərzində torpaqdan 3, bəzən 4 dəfə məhsul götürmək mümkündür. Hazırda Cəlilabadın 10-dan artıq yaşayış məntəqəsində kənd zəhmətkeşləri təkrar əkini bir ənənəyə çevirib. Aqrotexniki nəzarət qorunmaqla, fermerlər may ayınadək əkdikləri faraş kartofu torpaqdan çıxaran kimi, yerinə yetişkənlik dövrü 60-65 gün olan qarğıdalı bitkisi əkir, avqust ayından isə bu bitki yenidən kartofla əvəzlənir. Bu isə tarlanın boş qalmaması ilə yanaşı, fermerə üçqat gəlir gətirir.

Cəlilabadın Maşlıq kənd sakini, fermer Rəzzaq İsparov uzun illərdir kartof əkərək yaxşı gəlir götürür. O, məhsullarını daha çox Rusiya bazarında satdıqlarını bildirir: “Maşlıq kəndi kartofçuluqla məşğul olan kənddir. 900 hektara yaxın kartof sahəsi var. Gördüyünüz kimi, hamısı cücərib, qarğıdalı da əkilib. Bol məhsul gözlənilir. Bu da kənd əhalisinin yaxşı gəlir götürəcəyindən xəbər verir. Kənd camaatı Prezidentimizdən, dövlətimizdən çox razıdır. Çünki kəndli üçün əlverişli şərait yaradılıb, subsidiyalar vaxtlı-vaxtında verilir. Bu, fermerlərə çox böyük dəstəkdir.”

Rayonda may ayında 5 min hektar sahədən 150 min tondan artıq kartof yığılıb. Bu da Azərbaycan və Rusiya bazarlarında yüksək qiymətə satıldığı üçün 10 milyondan çox fermerin yaxşı gəlir götürməsi deməkdir. Cəlilabadda payızlıq kartofun əkin sahəsinin 2000 hektaradək artırılması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.