REGİONLAR
Cəlilabadlı fermer Türkiyədən gətirdiyi yeni tərəvəz sortundan məhsul əldə etməyə başlayıb VİDEO
Cəlilabad, 22 fevral, İ.Adıyev, AZƏRTAC
Cəlilabad rayon sakini Mirağa Həsənov Türkiyədən gətirdiyi yeni xiyar sortlarından məhsul əldə etməyə başlayıb. Hər xiyar kolundan orta hesabla 4-5 kiloqram məhsul yığır.
AZƏRTAC xəbər verir ki, fermer məhsulun 1 kiloqramını 2 manat - 2 manat 40 qəpiyə bölgə bazarları ilə yanaşı, paytaxt bazarlarında da satışa çıxarır.
O bildirib ki, istixanada xiyar tağından bol məhsul götürmək üçün temperatur gecələr 15, gündüz isə 17-20 dərəcə olmalıdır. Buna görə də istixanada xüsusi havalandırma sistemi quraşdırıb.
M.Həsənov yaz aylarında satışa çıxaracağı məhsulu isə fevralın ilk həftəsində əkib. Onun sözlərinə görə, 40 gün ərzində yetişəcək məhsulu Novruz bayramı ərəfəsində satışa çıxara biləcək.