REGİONLAR


Cəlilabadlı pambıqçılar 900 tondan çox məhsul təhvil veriblər VİDEO

Cəlilabad, 4 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Ötən il pambıqçılıqda respublika göstəricisindən yüksək - 29 sentner məhsuldarlıq əldə edən cəlilabadlı fermerlər, bu il də sahələrdə bol məhsul yetişdiriblər. Yığım başlanandan məntəqələrə 900 tondan çox “ağ qızıl” təhvil verilib.

AZƏRTAC xəbər verir ki, fermerlər bu il də əkin normasına və torpağın hazırlanmasına düzgün riayət ediblər. Sahələrdə əsasən Türkiyənin “Fləş fragen” və “ADN-123” yüksəkkeyfiyyətli pambıq sortları becərilir. Bu sortlar bölgənin torpaq-iqlim şəraitinə də tam uyğundur. Fermer Hacıağa Nəsirovla söhbət zamanı bildirib ki, bu il 80 hektar pambıq əkib: “Yüksəkkeyfiyyətli pambıq əldə etmişik. Prezidentimizin qeyri-neft sektoruna ayırdığı diqqət pambıqçılıqdan da yan keçməyib. Bu diqqət və qayğı bizi daha yaxşı işləməyə ruhlandırıb. Hələlik 120 ton məhsul təhvil vermişik. Çox güman bundan sonra daha 100 ton da təhvil verəcəyik”.

Rayonda pambıqçılığın yenidən bərpa edilməsi nəticəsində yüzlərlə rayon sakini işlə təmin edilib.

Fermer İlqar Abbasov deyir ki, bu il sahələrdən topladıqları məhsul ötən ilkindən çoxdur: “Sağ olsun dövlətimiz, ötən il subsidiyalar da artırıldı. Bu, insanlarda ruh yüksəkliyi yaradıb. Kəndimizdə 100 ailə pambıqçılıqla məşğuldur. Şükür, dolanışığımız da yaxşıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.