CƏMİYYƏT


Cemail Bakındı: Azərbaycan Vətən müharibəsində ədaləti bərpa edərək Zəfər qazandı

Cemail Bakındı: Azərbaycan Vətən müharibəsində ədaləti bərpa edərək Zəfər qazandı

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycanı müstəqil və azad ölkəyə çevirdi. İndi bu ölkə Ulu Öndərin müəyyənləşdirdiyi yolla inkişaf yolunda inamla irəliləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avrasiya Qida, Meşə və Turizm İşçiləri Federasiyasının sədri Cemail Bakındı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

Bildirib ki, Qarabağı almaq istəyənlər sonunda peşman oldular. Azərbaycan Vətən müharibəsində haqqı, ədaləti bərpa edərək Zəfər qazandı.

Azərbaycanın həm təbiətinin, həm də insanlarının çox gözəl olduğunu diqqətə çatdıran Cemail Bakındı deyib: “Gələcəyi sülh və sabitliyi istəyənlər quracaqlar. Biz bir millət, iki dövlət olaraq müharibələrə "yox" deyirik. Gələcək nəsillər üçün sülh istəyirik”.

C.Bakındı Türkiyə və Azərbaycan dostluğunun, qardaşlığının daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.