SİYASƏT
Cəmil Çiçək: Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması kimi tarixi missiyanı yerinə yetirib
Ankara, 17 iyun, AZƏRTAC
Azərbaycanın dövlət müstəqilliyi və strateji hədəflərinin müəyyən olunması, hərtərəfli inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.
Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, siyasi və dövlət xadimi Cəmil Çiçək səsləndirib.
Ümummilli liderimiz haqqında fikirlərini davam etdirən Cəmil Çiçək deyib: “Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi kimi çox mühüm tarixi missiya yerinə yetirib. Azərbaycanın müstəqilliyi bütün türk dünyası üçün önəmli məsələdir. Azərbaycanın qurtuluşu, güclü dövlətə çevrilməsi bizi də sevindirir və bütün bunlara görə böyük dövlət xadimi Heydər Əliyevi sayğı ilə xatırlayırıq”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara