SİYASƏT


Cəmil Çiçək: Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər dünya ictimaiyyəti üçün çox faydalıdır

Bakı, 15 mart, Nəriman Həsənzadə, AZƏRTAC

Yeddinci Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinin rəhbərliyinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə və azərbaycanlı qardaşlarımıza dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu Forumda müzakirə olunan məsələlər dünya ictimaiyyəti üçün çox faydalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri VII Qlobal Bakı Forumunda iştirak edən Türkiyə parlamentinin sabiq sədri Cəmil Çiçək jurnalistlərə müsahibəsində deyib.

Cəmil Çiçək bildirib ki, Azərbaycanın beynəlxalq siyasi arenadakı mövqeyini göstərən bu Forum müzakirə olunan məsələlərin əhəmiyyəti baxımından Türkiyə ictimaiyyəti üçün də böyük maraq doğurur. Azərbaycan əvvəlki illərdə də çox mötəbər tədbirlərə ev sahibliyi edib. Bu Forum onlardan biridir və çox uğurla həyata keçirilir.

Azərbaycan və Türkiyənin qardaş dövlətlər olduğunu vurğulayan, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan C.Çiçək deyib: “Türkiyə hər zaman Azərbaycanın qazandığı nailiyyətlərə sevinir. Mən müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycanda dəfələrə səfərdə olmuşam. Azərbaycan sürətlə inkişaf edir. Xaricdən gələn qonaqlar bu inkişafı əvvəlki səfərləri ilə müqayisə edərək daha tez görürlər. Mən də Azərbaycanın getdikcə daha da inkişaf etdiyini, gücləndiyini, beynəlxalq müstəvidə nüfuz sahibi olan ölkəyə çevrildiyini görürəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.