İQTİSADİYYAT


Cəmil Məlikov: 50 meqavatlıq Yeni Yaşma Külək Parkı ABOEMDA-nın balansına verilib

Bakı, 19 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Layihə gücü 50 meqavat olan Xızı rayonundakı Yeni Yaşma Külək Parkı Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) balansına verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində ABOEMDA-nın sədr müavini Cəmil Məlikov deyib.

O qeyd edib ki, artıq ABOEMDA bu qurğuların istismarına başlayıb. Yaxın zamanlarda külək parkındakı turbinlərin sayı artırılacaq. Bu da Azərbaycanda külək elektrik stansiyalarında istehsal edilən elektrik enerjisinin həcminin artmasına səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.