Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Cəmiyyətin hərtərəfli inkişafı üçün əsas amillərdən olan fikir və söz azadlığı Azərbaycanda tam təmin edilir

Bakı, 24 iyun, AZƏRTAC

İnsanların öz düşüncələrini azad şəkildə, şəxsi iradələrinə söykənərək ifadə etmələri bəşəriyyət yarandığı vaxtdan müşahidə olunub. Lakin bu anlayışın hüquqi və siyasi dəyərinin müəyyənləşdirilməsi, demokratik dövlət quruculuğunun açar amillərindən birinə çevrilməsi və zaman keçdikcə təkmilləşərək çoxşaxəli mahiyyət kəsb etməsi son bir neçə əsrdə nəzərə çarpır.

Fikir və ifadə azadlığı fərdin zehnində formalaşmış düşüncələrinin yalnız o istədiyi təqdirdə başqaları tərəfindən bilinməsi aktının əsasıdır. Bu anlayışa hələ qədim zamanlardan müxtəlif filosofların, sosioloqların fərqli yanaşmaları olub. Ümumiyyətlə, tədqiqatçılar fikir azadlığının araşdırılmasında dörd mərhələ müəyyən ediblər: klassik, orta əsrlər, müasir və ən müasir dövr. Klassik dövrün Platon, Aristotel kimi filosofları azadlıq anlayışının fəlsəfi yönlərini qabardıblar. Platon ifadə azadlığının fərdin intellektual imkanları ilə müəyyənləşdiyini vurğulayıb. Onun fikrincə, hər bir şəxs məxsus olduğu sosial təbəqənin ümumi rifahı naminə sahib olduğu potensial qədər azaddır. Aristotel isə kişi, qadın və uşaqlardan təşkil olunan cəmiyyətdə azad davranmağa layiq fərd kimi yalnız kişiləri görürdü.

İfadə azadlığı XVI əsrdə Reformasiya dönəminin məhsuludur. Hakim dairələrdən fərqli düşünən və müxalif fikirlərini ifadə etmək haqqı qazananlar protestant hərəkata mənsub şəxslər idi. Bu baxımdan ifadə azadlığı anlayışının müasir hüquqi aspektlərinin formalaşmasını protestant hərəkatla əlaqələndirirlər. 1689-cu ildə İngiltərə parlamentinin qəbul etdiyi “Hüquqlar haqqında bill” ilə əslində fikir və söz azadlığına ilk dəfə hüquqi qiymət verilmiş oldu.

Sonrakı dövrlərdə cəmiyyətin inkişaf etməsi ilə azadlıq anlayışına yanaşmalar da dəyişir. Fikir azadlığının ən qızğın tərəfdarlarından olan ingilis filosofu Con Stüart Millin düşüncələri müvafiq mövzunun mahiyyətini dərk etməyə kömək edir. O, söz azadlığını insan hüquqlarının ayrılmaz hissəsi və özünüidarə məfhumunun əsası kimi görürdü. Hesab edirdi ki, fikrin azad şəkildə ifadə edilməsi aktı yalnız mülayim olduğu və ədalətli müzakirənin sərhədlərini keçmədiyi təqdirdə yolveriləndir. Mill hər hansı şəxsin ifadə azadlığının digərlərinə zərər verəcəyi halda məhdudlaşdırılmasına da haqq verirdi. Fikir azadlığının siyasi rejimlər çərçivəsində təhlili zamanı filosof bildirir ki, demokratik quruluşlarda sivil cəmiyyətin hər bir üzvünü idarə etməyin ən düzgün yolu ifadə azadlığına imkan yaratmaqdır. Bu cür sistemlərdə öz düşüncələrini sərbəst şəkildə irəli sürənlər dövlət tərəfindən qorunur. Müasir dövrün fikir azadlığı konsepsiyasında isə fransız filosof Jan-Pol Sartrın yanaşması maraq doğurur. O, insanın mütləq azadlığı ideyasını irəli sürür və azadlıq anlayışını ruhun azadlığı kimi deyil, şəxsin seçim etmək, qərar qəbul etmək sərbəstliyi kimi dəyərləndirir.

Müasir demokratik cəmiyyətin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı anlayışları ilə yanaşı, plüralizm məfhumu da inkişafa və təkmilləşməyə gedən istiqamətləri müəyyənləşdirməyə kömək edir. Vətəndaş cəmiyyətinin əsas prinsiplərindən olan plüralizm bir-birindən düşüncə tərzinə, mövqeyinə, yanaşmasına və davranış üslubuna görə fərqlənən fərdlərin bir araya gələ bilməsini əks etdirir. Tədqiqatçılar fikir və söz azadlığı ilə, cəmiyyətin hər bir üzvünün sərbəst şəkildə məlumat əldə etmək haqqının mövcudluğu ilə plüralizm anlayışı arasında müəyyən bağlılıq görürlər. Belə ki, yalnız fərqli düşüncələrə malik şəxslərin öz fikirlərini azad ifadə edərək bir araya gəldiyi bir cəmiyyətdə plüralist konsepsiya özünü göstərə bilər. Müasir cəmiyyətin aktual elementi olan siyasi plüralizm şəraitində vətəndaş öz iradəsi əsasında istənilən mövqeyə, yanaşmaya malik ola bilər. Bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəsləməlidir.

Bütün qeyd olunan məqamlar müasir Azərbaycanda formalaşmış demokratik cəmiyyət anlayışına bir işıq salır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən, demokratik dövlət quruculuğu istiqamətində yeni yol müəyyənləşdirildikdən sonra, xüsusilə ulu öndər Heydər Əliyevin müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik, insan haqları kimi ümumbəşəri dəyərləri ön plana çıxarması ilə ölkəmiz üçün yeni ideologiya formalaşmış oldu. Azərbaycan bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələrini aradan qaldırmağa müvəffəq oldu. Demokratik sistemin, vətəndaş cəmiyyətinin formalaşması prosesinin mühüm elementləri olan fikir və söz azadlığının təmin edilməsi, siyasi plüralizmin, çoxpartiyalı sistemin inkişafı Ümummilli Liderin rəhbərliyi ilə uğurla həyata keçirilirdi. Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi bu mütərəqqi yol Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azad mətbuatın inkişafına mane olan məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat nümayəndələrinin sosial şəraitinin yaxşılışdırılması üçün tədbirlərin həyata keçirilməsi, müvafiq istiqamətlərdə verilmiş fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlərin təşkili ənənəsi müasir Azərbaycanda azad sözə və onun daşıyıcılarına münasibətinin bariz göstəriciləridir.

Demokratik, hüquqi dövlət olan Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunub. Digər tərəfdən, müvafiq məsələyə ulu öndər Heydər Əliyevin şəxsi yanaşmasını qeyd etmək vacibdir. Ümummilli Liderin “Müstəqillik yolu” əsərində qeyd olunmuş fikirləri ölkəmizdə demokratik cəmiyyətin formalaşmasına həssas münasibətin göstəricisidir: “Azərbaycanda söz azadlığı, fikir azadlığı, siyasi plüralizm geniş yer almalıdır, hər bir vətəndaş özünü azad, sərbəst hiss etməlidir. İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır. Azərbaycanda siyasi plüralizm varsa, demək, siyasi müxalifət olmalıdır. Siyasi müxalifətin olması hər bir dövləti həm totalitarizmdən xilas edir, həm də dövlət siyasətinin aparılmasında dövləti daha da sayıq saxlayır”.

Fikir və söz azadlığının əsas təmsilçisi olan mətbuatın sərbəst fəaliyyətinin təmin olunması bu gün də Azərbaycanda prioritet məsələlərdəndir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” əslində kəşməkəşli yol keçmiş milli mətbuatımızın problemlərinin həllində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən başlayaraq xalq və dövlət ilə KİV arasındakı əlaqələrin tənzimlənməsi, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın rolunun gücləndirilməsi və müvafiq istiqamətin nümayəndələrinin tam sərbəst fəaliyyətlərinin təmin olunması üçün qəbul edilən bütün qərarlar, qanunlar və sənədlər, təsis olunan qurumlar məhz adıçəkilən Konsepsiyanın prinsipləri əsasında formalaşdı. Beynəlxalq standartlara uyğun, mütərəqqi bir sənəd olan bu Konsepsiya əslində mətbuat azadlığı məsələsinə Azərbaycanda nə dərəcədə diqqət ayrıldığının bariz göstəricisidir.

Müasir demokratik sistemin beşiyi hesab olunan Avropada bəhs etdiyimiz mövzuya münasibətin təhlili də maraq doğurur. Fikir və söz azadlığına, plüralizm anlayışına hüquqi və siyasi mahiyyət bəxş edən Avropa institutlarında mövcud yanaşmalar müvafiq sahələrin əslində dövlət quruculuğu, vətəndaş cəmiyyəti, ölkə rəhbərliyi ilə xalq arasındakı münasibətlərə necə böyük təsir qüvvəsi olduğunu göstərir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunduğu kimi, hər kəsin ifadə və məlumat əldə etmək azadlığı var. Bu yanaşma ənənəvi mediadan müasir mediaya keçid dövründə daha da təkmilləşərək, yeni elementlər ehtiva edərək öz mahiyyətini saxlayıb.

Avropa Komissiyasının mətbuat azadlığı və plüralizm üzrə yüksək səviyyəli qrupunun 2013-cü ildə hazırladığı “Avropa demokratiyasını möhkəmləndirmək yolunda azad və plüralistik mətbuat” hesabatında haqqında danışdığımız məsələyə dair diqqəti cəlb edən məqamlar yer alıb. Burada vurğulanır ki, əslində tarixən mətbuat azadlığı fundamental insan hüquqları hesab olunan ifadə və vicdan azadlığı ilə paralel inkişaf edib. Eyni zamanda, mətbuat azadlığı demokratiyanın təkamülü ilə müştərək yol qət edib. Demokratiya yaxşı məlumatlanmış və plüralistik ictimai sfera tələb edir. Mətbuat da məhz bu sferanın yaradıcısı hesab olunur. Bu baxımdan mətbuat cəmiyyətdə dördüncü qüvvə statusunu alaraq ifadə və söz azadlığının daşıyıcılarını təsir qüvvəsi yüksək faktorlara çevirir. Lakin bir çox yanaşmalarda vurğulandığı kimi, mətbuat azadlığı konsepsiyası ifadə azadlığı ilə sıx bağlı olsa da, daha həssas və dəqiq düşünülmüş yanaşma tələb edir. Xüsusilə son illər bu azadlıqların cəmiyyətin müxtəlif sahələrinə təsir imkanlarını nəzərə alaraq insan haqlarına dair institutlar mövcud yanaşmaların təkmilləşməsinin tərəfdarıdırlar.

Araşdırdığımız mövzunun müasir aspektləri, xüsusilə internetdə məlumat azadlığı hüququnun tanınması olduqca aktualdır. BMT artıq bu gün “Internet Access” (internetin əlçatımlılığı) anlayışını insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirir. Lakin internetdə informasiya azadlığı adı altında bütün məlumatların xaotik şəkildə ictimaiyyətə təqdim olunması yolverilməzdir və burada müəyyən bir tənzimlənmə, bəzi məhdudiyyətlər də tələb olunur. Bu baxımdan İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan “məhdudiyyətlər, şərtlər və rəsmiyyətlər” internetdə informasiya azadlığına da tətbiq oluna bilər. Avropa Şurasının internetdə kommunikasiya azadlığı Bəyannaməsində bu məsələ dəqiq vurğulanıb. Belə ki, sənəddə dövlət tərəfindən internetdə ictimaiyyətin informasiya əldə etmək hüququna müəyyən məhdudiyyətlərin qoyulmasının və ya filtr sisteminin tətbiqinin mümkünlüyü qeyd olunur. Müvafiq məsələ Azərbaycan qanunvericviliyində də öz əksini tapıb. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 12 iyun 2012-ci il tarixli Qanun ilə “informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın”.

Demokratik prinsiplər, plüralist dəyərlər daim eyni vəziyyətdə qalan sabit anlayışlar deyil və onlar hər zaman yeniliyə, təkmilləşməyə yönəlirlər. Azərbaycanda qərarlaşan demokratik dəyərlər də tədricən təkmilləşərək yeni keyfiyyətdə təzahür edir. Bu keyfiyyət milli xüsusiyyətləri və müasir elementləri ehtiva edərək özünəməxsus konsepsiya formalaşdırır. Gələcəkdə bu konsepsiyanın “demokratiya dərsi” keçən, lakin bir çox hallarda bu dəyərin əsl mahiyyətini unudan cəmiyyətlərə nümunə olması təəccüb doğurmaz.

Maqsud Dadaşov

AZƏRTAC-ın müxbiri

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək