SİYASƏT


Cəmşid Naxçıvanski adına Hərbi Liseydə əsaslı təmir-tikinti işlərinin gedişi yoxlanılıb

Bakı, 20 dekabr, AZƏRTAC 

Dekabrın 20-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə əsaslı təmir-tikinti prosesinin həyata keçirildiyi obyektlərə baxış keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Z.Həsənov inşaatla bağlı verilən tapşırıqların icrasını yoxlayıb, yerinə yetiriləcək işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı konkret göstərişlər verib.

Kursantların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasının vacibliyini vurğulayan general-polkovnik Z.Həsənov gələcək zabitlər üçün ən yüksək standartlara cavab verən xidmət şəraitinin yaradılması və bir sıra digər məsələlərin həllinə dair müvafiq tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.