SİYASƏT


Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti - 45-ci buraxılışı keçirilib. Tədbirdə liseyin şəxsi heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, müəllimlər, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümummilli lider Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən polkovnik Elman Namazov bu əlamətdar gün münasibətilə şəxsi heyəti və kursantların yaxınlarını təbrik edib.

Sonra Hərbi Liseyin müəllimi Vüsalə Nuriyeva, valideyn Leyla Məmmədova və başqaları çıxış edərək kursantlara məzun günü münasibətilə təbriklərini çatdırıblar.

Kursantlar adından çıxış edən Anar Ağazadə komandanlığın onlara göstərdikləri etimadı doğruldacaqlarına, dövlətə gərəkli vətəndaş, orduya dəyərli zabit olacaqlarına, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz verib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da çıxış edərək bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlardan danışıb, məzunlara uğurlar diləyib.

Təhsildə və nizam-intizamda fərqlənən bir qrup kursanta qiymətli hədiyyələr təqdim olunub.

Kursant Murad Tahirli liseyin yaş kötüyünə 2017-ci il buraxılışının rəmzi xatirə lövhəsini vurub.

Məzunların bayrağı üçüncü kursa təhvil verildikdən sonra kursantlar təntənəli marşın sədaları altında tribunanın önündən keçiblər.

Mərasim son zəngin səsləndirilməsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.