SİYASƏT


Cəmşid Naxçıvanski adına Hərbi Liseyin qarşısında duran əsas hədəf savadlı, bacarıqlı və vətənpərvər zabitlər yetişdirməkdir

Bakı, 23 fevral, AZƏRTAC

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin qarşısında duran əsas hədəf orduya savadlı, bacarıqlı və vətənpərvər zabitlər yetişdirməkdir.

AZƏRTAC xəbər verir ki, bunu Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Bəkir Orucov fevralın 23-də bu hərbi təhsil ocağına təşkil olunan media-tur zamanı jurnalistlərə müsahibəsində deyib.

General-mayor Bəkir Orucov bildirib: “Çalışırıq ki, gələcək zabitlərimiz - kursantlar burada yaxşı təhsil alsınlar, intizamlı olsunlar və ali hərbi məktəblərdə təhsillərini uğurla davam etdirsinlər. Onları Vətən və xalq üçün bacarıqlı, vətənpərvər zabit kimi yetişdirmək əsas vəzifəmizdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.