Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Cənab Paata Şevardnadzeyə

Hörmətli Paata Eduardoviç,

Sizin atanız, Azərbaycan xalqının böyük dostu Eduard Amvrosiyeviç Şevardnadzenin vəfat etməsi xəbəri məni dərindən sarsıtdı.

Bütün dünyada haqlı hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi, bütün gücünü qardaş Gürcüstana fədakarcasına xidmətə həsr etmiş gözəl insan dünyasını dəyişmişdir.

Xalqlarımızın iki dahi oğlunun – Heydər Əliyevin və Eduard Şevardnadzenin böyük dostluğu bizim xatirimizdə həmişəlik qalacaqdır.

Sizin və bütün ailəniz üçün bu ağır anda öz adımdan və bütün ailəmiz adından Sizə dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük. Bu ağır və əvəzsiz itki ilə əlaqədar kədərinizə və dərdinizə ürəkdən şərik oluruq.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 iyul 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin