DÜNYA


“Ceneral Motors” Şimali Amerikada avtomobil istehsalını azaldır

Vaşinqton, 26 noyabr, AZƏRTAC

“Ceneral Motors” şirkəti Şimali Amerikada avtomobil istehsalını xeyli azaltmaq və satış səviyyəsi aşağı olan bəzi avtomobil modellərinin istehsalını tamamilə dayandırmaq niyyətindədir.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, şirkət öz istehsalını daha geniş restrukturizasiya edəcəyini açıqlamağı, habelə elektriklə və avtonom işləyən robot-avtomobillərin istehsalına daha çox diqqət yetirməyi planlaşdırır.

“Ceneral Motors” və başqa avtomobil istehsalçıları, habelə təchizatçılar üçün xərclərin azaldılması zərurəti dünyada ənənəvi sedanlara tələbat azaldıqdan sonra yaranıb. “Ceneral Motors”dan bildiriblər ki, idxal olunan polada Tramp administrasiyası tərəfindən bu il tətbiq edilən tariflər şirkətə 1 milyard dollara başa gəlib. Avtomobil istehsalçısının bəzi modellərin istehsalını ixtisar etmək qərarı Kanadada avtomobilyığma zavodunun fəaliyyətinə xeyli təsir göstərəcək. Kanada avtomobil istehsalçıları həmkarlar təşkilatlarının çoxunu təmsil edən “Unifor” həmkarlar ittifaqı nümayəndələrinin noyabrın 25-də verdikləri məlumata görə, “Ceneral Motors”dan bildiriblər ki, 2019-cu ilin dekabrından sonra Oşava şəhərindəki zavoda istehsal üçün heç bir model ayrılmayacaq.

“Ceneral Motors”un Oşavadakı zavodunda hazırda 2500 adam çalışır. Zavodda “Chevrolet Impala” və “Cadillac XTS” markalı sedanlar istehsal olunur.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşiqnton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.