DÜNYA


Cenevrə beynəlxalq avtosalonunda dünyanın ən bahalı avtomobilinin təqdimatı olub

Cenevrə, 7 mart, AZƏRTAC

Martın 7-də Cenevrə beynəlxalq avtosalonunda avtomobil həvəskarlarına dünyanın hazırda ən bahalı avtomobili təqdim olunub. “Bugatti” şirkətinin istehsalı olan “La Voiture Noire” adlı avtomobildən dünyada cəmi bir ədəddir.

AZƏRTAC xəbər verir ki, “Bugatti Chiron” bazası əsasında hazırlanmış 16 silindrli superlativ avtomobil 1500 at gücündədir. Avtomobilin netto qiyməti 11 milyon avroya bərabərdir və hazırda dünyanın ən bahalı yeni model avtomobili hesab edilir.

“Volkswagen” konserninin tərkibində olan “Bugatti” şirkətindən mətbuata verilən açıqlamada yeganə nüsxədə istehsal olunmuş avtomobilin artıq satıldığı da qeyd edilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.